İDMAN


Karateçilərimiz beynəlxalq turnirdə 7 medal qazanıblar

A+ A

Bakı, 8 avqust, AZƏRTAC 

Karateçilərimiz Ərzurumda 13-cü “Palandökən” beynəlxalq turnirində uğurla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əsasən aşağı yaş qruplarında yarışa qatılan milli komandamızın üzvləri iki qızıl, bir gümüş və dörd bürünc medala sahib olublar.

Yeniyetmə və gənclərdən ibarət seçmə komandanın üzvlərindən Fəridə Əliyeva (21 yaşadək gənclər, 68 kq-dan yuxarı) və İsmayıl Quliyev (55 kq) çempion olublar. Roman Heydərov (gənclər və böyüklər milli komandası, kata) turnirin gümüş medalına, Asya Məlikova (21 yaşadək gənclər seçmə komandası, 50 kq) və Murad Hacızadə (16-17 yaşlı gənclər, 76 kq-dan yuxarı) isə bürünc mükafata sahib çıxıblar.

14-15 yaşlıların komanda kata yarışlarında Ceyhun İsmayılov, Ayxan Novruzov və Səbuhi Quluzadə üçüncü yeri tutublar. Ceyhun İsmayılov, həmçinin fərdi kata yarışlarında bürünc mükafat qazanıb.

Beynəlxalq dərəcəli hakimlər Cahangir Babayev və Vüqar Kərimov yarışı idarə edənlər arasında olublar.

Milli komandadan əlavə “Qaraqapan”, MKM, “Dostluq” və “Arpaçay” klublarının idmançıları da Ərzurumda beynəlxalq turnirdən müxtəlif mükafatlarla dönürlər.

“Palandökən” beynəlxalq karate turnirində 30 ölkədən 2 mindən artıq idmançı çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.