İDMAN


Karateçilərimiz dünya kubokunu 4 medalla başa vurub

Bakı, 4 iyul, AZƏRTAC

Xorvatiyanın Umaq şəhərində keçirilən karate üzrə dünya kuboku yarışlarında karateçilərimiz 4 medal qazanıblar.

Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildirilib ki, gənclərdən ibarət seçmə komandanın üzvlərindən Müseib Məmmədov (-55 kq) və Fidan Teymurova (-48 kq) dünya kubokunun gümüş medallarına yiyələniblər. Fərid Ağayev (-52 kq) isə yeniyetmələr arasında bürünc mükafata sahib olub. Azyaşlılar arasında çıxış edən perspektivli Gəncə idmançısı Fərid Savadov da 3-cü yer tutub.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyası texniki komitəsinin üzvü və Avropa Karate Federasiyası İdarə heyətinin üzvü Yaşar Bəşirov nüfuzlu yarışın mükafatlandırma mərasimində iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.