İDMAN


Karatenin WKF versiyası üzrə açıq  Bakı turnirinə yekun vurulub

Bakı, 25 iyul, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin yaranması gününə həsr olunmuş karatenin WKF versiyası üzrə açıq Bakı turniri keçirilib.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, yarışda paytaxt və Sumqayıtdan olan idmançılarla yanaşı Xaçmaz, Gəncə, Şəmkir, Şəki, Qusar, Biləsuvar, Lənkəran, Salyanı təmsil edən 300-ə yaxın idmançı müxtəlif çəki dərəcələrində mübarizə aparıblar.

Qızlar arasında ən kiçik (6 yaş) yaşda mübarizə aparan idmançılar arasında mükafata layiq yerləri Mədinə Kazımova, Nəzrin Soltanlı, Nuray Vəlizadə, oğlanlar arasında isə Orxan Musayev, Nazim Hacıyev, Ayxan Aslanov tutublar.

İlk üç yeri tutmuş idmançılara Baş İdarə tərəfindən müxtəlif dərəcəli diplom və xatirə hədiyyələri təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.