SİYASƏT
Karlis Daukşts: “Azərbaycana ayrıca yanaşma tələb olunur, onun öz vəzifə və məqsədləri var”
Riqa, 25 may, AZƏRTAC
Latviya politoloqu Karlis Daukşts Riqa sammitini şərh edərək deyib: “Avropanı “Şərq Tərəfdaşlığı” haqqında strateji-fəlsəfi diskussiya gözləyir”.
O bildirib ki, Latviya qarşıya qoyduğu vəzifəni şərəflə yerinə yetirib, onun mövqeyi isə praqmatik xarakter daşıyır. “Şərq Tərəfdaşliği” sammitinin mahiyyətinə gəldikdə isə, ekspertin fikrincə, “Şərq Tərəfdaşlığı”nın qarşısına qabaqcadan formalaşdırılmış vəzifələr qoyula bilən vahid monolit olması barədə siyasi müddəa indiki gerçəklikdən daha çox gələcəyin layihəsidir.
K.Daukşts deyib: “Bu ölkələrin hər birinə ayrıca, ümumi şərtlər hazırlamadan, müxtəlif dəyərlər şkalasından yanaşmaq lazımdır. Məsələn, Azərbaycana ayrıca yanaşma tələb olunur, onun öz vəzifələri və məqsədləri var. Bu səbəbdən “Şərq tərəfdaşlığı” layihəsi üzrə Avropanın bu dövlətlərlə münasibətləri hansı formada qurması barədə intellektual diskussiya olacaq”.
Bəzi məsələlərlə, o cümlədən qəbul olunmuş bəyannamə ilə bağlı bir sıra ölkələrin etirazları səbəbindən “Şərq tərəfdaşlığı”nın varlığının təhlükə qarşısında olub-olmadığı sualına cavabında politoloq deyib ki, belə bir risk yarana bilər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa