İDMAN


Karlos Sayns Bakıda “Formula-1” yarışlarının start cədvəlində üç mövqeyini itirəcək

Bakı, 12 iyun, AZƏRTAC

“Toro Rosso”nun pilotu Karlos Sayns “Formula-1” Kanada Qran-prisinin birinci dövrəsində Romen Qrojanın maşını ilə toqquşandan sonra idarəni itirərək Felipe Massanın “FW40” markalı bolidinə çırpılıb və bununla da yürüşün həm özü, həm də braziliyalı üçün başa çatmasına səbəb olub.

AZƏRTAC “motosport.com” saytına istinadla xəbər verir ki, Kanada Qran-prisinin hakimləri bu hadisəni araşdıraraq, “Formula-1”in Azərbaycanda keçiriləcək növbəti yürüşünün start cədvəlində K.Saynsı üç yerin itirilməsi ilə cəzalandırmaq barədə qərar qəbul ediblər.

Bundan əlavə, K.Saynsın lisenziyasına iki cərimə balı əlavə ediləcək. İspaniyalı cari 12 ay ərzində yeddi cərimə balı toplayıb. Reqlamentə görə, yürüşçü bir il ərzində 12 cərimə balı toplasa, bir mərhələdən kənarlaşdırılmalıdır.

Daha əvvəl K.Sayns bildirib ki, toqquşmadan əvvəl çətin keçilən zonada R.Qrojanın maşınını sadəcə görməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.