İQTİSADİYYAT


“Kaşaqan” yatağından ilk neft partiyası ixrac edilib

A+ A

Bakı, 14 oktyabr, Nihad Budaqov, AZƏRTAC

Xəzərin Qazaxıstan sektorundakı “Kaşaqan” yatağından ilk neft partiyası ixrac olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyi məlumat yayıb. Bildirilir ki, yataqdan ixrac edilən ilk partiya neft 26,5 min ton olub. Bu həcmin 7,7 min tonu Xəzər Boru Kəməri ilə nəql edilib.

Qazaxıstanın energetika naziri Kanat Bozumbayev isə 2017-ci ildə bazar şərtlərinin dəyişə biləcəyini və “Kaşaqan” yatağından hasil edilən neftin Azərbaycan vasitəsilə ixracına başlanılmasının mümkünlüyünü bildirib. Deyib ki, “Kaşaqan” nefti Azərbaycanın dəmir yolu ilə və ya ölkənin boru kəmərləri vasitəsilə nəql oluna bilər.

Qeyd edək ki, “Kaşaqan” yatağında 16 ildir kəşfiyyat-qazma işləri aparılır və bu işlərə 50 milyard dollardan çox vəsait yatırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.