İQTİSADİYYAT


“Kaspersky Lab” şirkəti “Talent Lab” beynəlxalq müsabiqə proqramını elan edir

A+ A

Bakı, 11 avqust, AZƏRTAC

“Kaspersky Lab” şirkəti “Talent Lab” beynəlxalq müsabiqə proqramını açıq elan edir. Müsabiqədə ilk dəfə marketinq, reklam, dizayn və kreativ kommunikasiya üzrə mütəxəssislər iştirak edə bilərlər.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu proqram dünyanın istənilən ölkəsindən olan 18-30 yaşlı ali məktəb tələbələrinə, gənc mütəxəssislərə (texniki, həmçinin kreativ sahələr üzrə) geniş karyera inkişafı perspektivləri təklif edir. Müsabiqənin əsas mükafatlarına təhsili davam etdirmək üçün 10 min ABŞ dolları həcmində pul mükafatı, həmçinin “Kaspersky Security Analyst Summit” kibertəhlükəsizlik üzrə beynəlxalq konfransda və “Kann Şirləri” beynəlxalq reklam festivalında iştirak imkanları daxildir.

Müsabiqə proqramında iştirak üçün https://academy.kaspersky.com/talentlab/ saytında qeydiyyatdan keçərək, noyabrın 15-dək təklif olunan tapşırıqlardan birini seçib yerinə yetirmək lazımdır.

Dekabrın 1-də müsabiqənin ilkin mərhələsinə əsasən, 50 finalçının adı açıqlanacaq və onlar gələn ilin fevralında öz layihələrini təqdim etmək üçün Praqada keçiriləcək finala vəsiqə qazanacaqlar. Final mərhələsində 3 əsas qalib müəyyən ediləcək. “Top talent” nominasiyası üzrə qalib təhsil üçün 10 min ABŞ dolları həcmində mükafat, “Security talent” nominasiyası üzrə qalib “Kaspersky Security Analyst Summit” kibertəhlükəsizlik üzrə beynəlxalq konfransa gediş imkanı, “Creativity talent” nominasiyası üzrə qalib isə “Kann Şirləri” beynəlxalq reklam festivalına və festival akademiyasına ziyarət hüququ verən biletlər əldə edəcək. Bundan əlavə, 50 finalçının hər biri “Kaspersky Lab” və müsabiqənin tərəfdaşları tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaq, həmçinin peşəkar təlimlərdə iştirak imkanı qazanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.