DÜNYA


“Kaspersky Lab” yaşlı internet istifadəçilərinin təcrübələrini araşdırıb

A+ A

Bakı, 1 oktyabr, AZƏRTAC

Ənənəvi olaraq hər il oktyabrın 1-i qeyd edilən Beynəlxalq Ahıllar Günü ərəfəsində “Kaspersky Lab” şirkəti sayı ilbəil artan yaşlı internet istifadəçilərinin davranışını araşdırıb.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, araşdırmanın nəticələrinə əsasən, yaşı 55-dən yuxarı olan istifadəçilər öz kompyuter və mobil cihazlarında təhlükəsizlik həllərindən həvəslə yararlandıqları halda, internetə çıxış zamanı öz davranış və vərdişlərini düzəltməyə meyilli deyillər. Bundan başqa, yaşlı nəsil kibercinayətkarlar üçün daha asan hədəfə çevrilir, belə ki, bu yaş kateqoriyasına aid olan respondentlərin 54 faizi son 12 ayda kiberhücumlara məruz qalıb.

Bu gün yaşlı nəsil internetdən aktiv şəkildə istifadə edir. Məsələn, yaşı 55-dən yuxarı olan istifadəçilərin 94 faizi öz qohum və tanışları ilə elektron poçt vasitəsilə əlaqə saxlayır. Yuxarı yaşlı respondentlərin 90 faizi bildirib ki, internet üzərindən onlayn satınalmalar və maliyyə tranzaksiyaları həyata keçirirlər. Diqqət çəkən məqam isə odur ki, bütün bu göstəricilər üzrə yaşlı insanlar gənc nəsildən heç də geri qalmır.

Lakin internetdə şüurlu və ayıq davranışa gəldikdə, yaşlı istifadəçilər gənclərdən daha çox laqeydlik nümayiş etdirir. Belə ki, yaşı 55-dən yuxarı olan insanlar nadir hallarda cihazlarında öncədən quraşdırılmış təhlükəsizlik funksiyalarını aktivləşdirir (sorğu olunanların yalnız 28 faizi bunu edir) və daha az hallarda ictimai “Wi-Fi”a qoşulduqda VPN-dən istifadə edirlər (bu təhlükəsizlik üsulundan isə respondentlərin cəmi 10 faizi istifadə edir). Müqayisə üçün: bütün yaş kateqoriyaları arasında analoji göstəricilər müvafiq olaraq 42 faiz və 16 faiz təşkil edir. Daha böyük təhlükəni mütəxəssislər digər bir faktda görürlər. Yaşlı nəsil istifadəçilərin 40 faizi maliyyə xarakterli məlumatlarını rahatlıqla ictimai internet saytlarında paylaşırlar. Hətta ən laqeyd yaş qrupu hesab edilən 16-24 yaşlı istifadəçilərdə belə bu göstərici sadəcə 15 faiz təşkil edir.

Yaşlı nəslin tam mənası ilə informasiya təhlükəsizliyinin risklərini dərk etməməsi bu yaş qrupu nümayəndələrinin tez-tez kiberhücumların qurbanına çevrilməsinə gətirib çıxarır. Sorğu zamanı istifadəçilər bildiriblər ki, onların yaşlı qohumları zərərli proqramlarla rastlaşıb (20 faiz), onlayn fırıldaqçılığın qurbanı olub (14 faiz), uyğun olmayan kontentlə rastlaşıb və ya təhlükəli yad insanlarla ünsiyyətdə olub. (12 faiz).

İnternetdə gündəlik fəaliyyətin optimal müdafiəsi üçün bütün cihazlarda tətbiq oluna bilən “Kaspersky Internet Security” kömək edə bilər. Məhsul kompyuterlərin, smartfonların və planşetlərin bu gün ən məşhur olan – “Windows”, “Mac”, “Android” və iOS platformalarında təhlükəsizliyini təmin edir. “Təhlükəsiz ödənişlər”, “Antifişinq”, “Məlumatların toplanmasına qarşı müdafiə” və digər funksiyalar internetdə daha sərbəst hiss etməyə kömək edəcək. İntuitiv olaraq anlaşılan interfeys sayəsində proqramı istifadə etmək hətta internet texnologiyasını çox da yaxşı bilməyən cihaz sahibləri üçün də daha asan və rahat olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.