ELM VƏ TƏHSİL
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimləri uğurlu layihələr reallaşdırırlar
Kataliz və Qeyri-üzvi Kimya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, iclasda bu elm müəssisəsinin direktoru, akademik Dilqəm Tağıyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun 2014-cü il üçün elan etdiyi müsabiqənin nəticələri haqqında məlumat verib. Qeyd edilib ki, müsabiqəyə təqdim olunmuş 85 layihədən 28 elmi–tədqiqat layihəsi, 4 xüsusi layihə və 2 həvəsləndirici olmaqla 34 layihə qalib elan edilib. İnstitut alimləri tərəfindən müsabiqəyə təqdim edilmiş 17 layihədən biri müştərək olmaqla 7-si qalib olub.
Altı qalib layihəyə KQÜKİ-də fəaliyyət göstərən və neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir problemlərin həlli ilə məşğul olan alimlər rəhbərlik edəcəklər.
Qalib elan olunan layihələrdən 1-i isə AMEA-nın Geologiya və Geofizika İnstitutunun alimləri ilə müştərək həyata keçiriləcək.