Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Kataloniya hökumətinin nümayəndəsi: Azərbaycanın bu tədbirə yüksək səviyyədə hazırlaşdığının şahidi olduq VİDEO

Barselona, 5 iyun, Aygün Həsənova, AZƏRTAC

İyunun 12-28 Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə Azərbaycan dünyanın idman tarixinə adını yazacaq. Bu yarışlarda Avropanın 49 ölkəsindən idmançılar iştirak edəcək. Dünyanın idman ölkələrindən biri kimi tanınan İspaniya Avropa Oyunlarına 216 idmançı ilə qatılacaq. Yay Olimpiya Oyunlarına 1992-ci ildə öz adlarını yazan ispanlar ilk Avropa Oyunlarının da nə qədər məsuliyyətli bir yarış olduğunu yaxşı bilirlər. Müsahiblərimizlə Avropa Oyunları, İspaniyanın bu yarışlarda iştirakı ilə bağlı danışdıq.

Kataloniya hökumətinin nümayəndəsi Cozef Mariya Perramon Bakıda keçiriləcək birinci Avropa Oyunlarını çox vacib hadisə kimi dəyərləndirib: “Barselonada 1992-ci ildə Yay Olimpiya Oyunları keçirilib. Ona görə də biz bilirik ki, bu cür idman oyunlarına hazırlaşmaq nə qədər çətindir. Bakıda olanda Azərbaycanın bu tədbirə necə yüksək səviyyədə hazırlaşdığının şahidi olduq. İnanırıq ki, Avropa Oyunları Bakıda əla təşkil ediləcək. Çünki bunun üçün sizdə potensial var. Bu oyunları layiqincə keçirməklə Azərbaycan bütün dünyaya zəngin tarixi, mədəniyyəti, incəsənəti və mətbəxini bir daha nümayiş etdirəcək”.

Azərbaycan son vaxtlar özünün qədim tarixi və mədəniyyəti ilə xarici vətəndaşların diqqətini cəlb edən bir ölkəyə çevrilib. Belə möhtəşəm tədbirlərin keçirilməsi isə respublikaya daha çox turistin gəlməsinə səbəb olacaq.

İspaniyanın Jerona əyalətinin Turizm idarəsinin marketinq üzrə direktoru Jaum Marin birinci Avropa Oyunlarının Azərbaycanı daha da yaxşı təbliğ etmək üçün gözəl fürsət olduğunu bildirdi: “Bilirik ki, sizin ölkənizin bütün sahələrdə çox böyük potensialı var. Bakı ispan turistləri üçün çox cəlbedici şəhərdir”.

Azərbaycan beynəlxalq tədbirlərə ən çox ev sahibliyi edən ölkələrdəndir. Avropanın tarixində ilk dəfə baş verəcək belə bir mühüm idman hadisəsinə ev sahibliyi etməklə isə ölkəmiz bütün dünyaya bir daha sübut edəcək ki, Azərbaycanda istənilən beynəlxalq tədbirlər yüksək səviyyədə təşkil olunur.

Kambrils şəhərinin Turizm idarəsinin nümayəndəsi Vadim Karyeqin tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarının məhz Bakıda keçirilməsi faktını yüksək qiymətləndirib. “Ölkəniz son dövrlər sürətlə inkişaf edib, beynəlxalq nüfuzu artıb, turistlər üçün sevimli məkana çevrilib. İnanırıq ki, birinci Avropa Oyunları Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsi kimi çox yüksək səviyyədə təşkil ediləcək”, - deyə o qeyd edib.

Bildiyimiz kimi, Avropanın müxtəlif ölkələrində birinci Avropa Oyunları ilə bağlı çox vacib təbliğat tədbirləri təşkil edilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə birinci Avropa Oyunları Təşkilat Komitəsi mühüm işlər görüb.

İlk dəfə ölkəmizdə keçiriləcək bu yarışların əhəmiyyətindən danışan “Port Aventura”nın mətbuat katibi Oriol Qarsiya oyunların açılışında iştirak edəcəyini deyib: “Mən Bakıda keçiriləcək birinci Avropa Oyunları barədə çox eşitmişəm. Bu oyunlar Olimpiya Oyunları səviyyəsindədir. Oyunlarda bir çox idman növləri təqdim olunur. Bakı Olimpiya Stadionu çox möhtəşəmdir. İspaniyada bu oyunlara maraq olduqca böyükdür”.

“İspaniya kəndi” muzeyinin baş direktoru Anton Vidal Bakıda keçiriləcək Avropa Oyunlarına yüksək səviyyədə hazırlıqla bağlı çox məlumatlı olduqlarını bildirdi: “İspaniyada idmanı çox sevirlər. Onu da deyim ki, “Eurovision” mahnı müsabiqəsindən sonra Azərbaycan ispanlar üçün daha çox maraq kəsb edən ölkə olub. İndi isə Bakıdan Barselonaya və əks istiqamətə birbaşa uçuşlar var. Bu isə ispanların sizin ölkənizlə daha da yaxından tanışlığı üçün şərait yaradacaq”.

İspaniya birinci Avropa oyunlarına böyük önəm verən ölkələrdəndir. Bu ilk növbədə dünyanın mədəniyyət, turizm sənayesində önəmli mövqeyə sahib olan ispanların idmana olan sevgilərindən irəli gəlir.

İspaniya turizm şirkətinin nümayəndəsi İrina Bılik Bakıda keçiriləcək Avropa Oyunlarının qitənin tarixində çox vacib hadisə olduğunu dedi: “İspaniyada bu oyunlara böyük maraq var. Biz də oyunlarda iştirak edəcəyik. Biz həm də bu oyunları təbliğ edəcəyik. Bakı gözəl, müasir, çox cəlbedici turizm istiqaməti olan şəhərdir. İspanlar da Bakıya böyük maraq göstərir”.

Kalelya şəhərinin Turizm idarəsinin nümayəndəsi Jaum Baqo Roman birinci Avropa Oyunlarının Azərbaycanı dünyada daha da yaxşı tanıdacağını və bunun üçün əla imkan yarandığını deyib. O, oyunları izləmək üçün Azərbaycana gələcəyini bildirib.

Birinci Avropa Oyunlarının başlanmasına sayılı günlər qalır. Vaxt azaldıqca isə təkcə ölkəmizdə deyil, bütün Avropada idman həyəcanı artır. İspaniyada birinci Avropa Oyunları ilə bağlı apardığımız qısa sorğu da bir daha göstərdi ki, burada bu oyunlara maraq böyükdür və hamı səbirsizliklə bu yarışların açılışını gözləyir.

Qeyd edək ki, bir müddət əvvəl Bakı-Barselona-Bakı birbaşa aviareysi fəaliyyətə başlayıb. Uçuşlar həftədə bir dəfə təşkil edilir. “Azərbaycan Hava Yolları” QSC, “Summer Tour” və “Terramar Group” turizm şirkətlərinin təşkilatçılığı ilə bir qrup Azərbaycan jurnalisti İspaniyada olaraq bu ölkənin turizm məkanları ilə tanış olub, eyni zamanda Azərbaycanla bağlı maraqlı söhbətlər aparıblar.

 

Kataloniya hökumətinin nümayəndəsi: Azərbaycanın bu tədbirə yüksək səviyyədə hazırlaşdığının şahidi olduq VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib