Kataloniyada seçkilər: ekspertlər rekord seçici fəallığı proqnozlaşdırırlar
Bakı, 21 dekabr, AZƏRTAC
Bu gün Kataloniyada növbədənkənar parlament seçkiləri keçirilir. Yerli vaxtla saat 13:00-a (Bakı vaxtı ilə 16:00) olan məlumata əsasən 5,5 milyon seçicinin 34,69 faizi artıq səsvermədə iştirak edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu göstərici 2015-ci il seçkilərindən bir qədər azdır (35,1 faiz). Ekspertlər hazırkı seçkilərdə iştirak faizinin rekord səviyyədə olacağını və 80 faizi ötəcəyini proqnozlaşdırırlar. Belə ki, seçkilər iş gününə düşdüyü üçün əsas seçici kütləsinin iş saatından sonra səs verəcəyi gözlənilir. 2015-ci il seçkilərində səsvermə hüququ olan əhalinin 77 faizi iştirak etmişdi.
Seçki ərəfəsində keçirilən rəy sorğularının nəticələrinə görə, muxtariyyətin İspaniyadan müstəqilliyinin tərəfdarı olan və bunun əleyhinə çıxan partiyaların dəstək səviyyəsi təxminən eynidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]