DÜNYA


Kataloniyanın keçmiş rəhbəri referendum keçirdiyinə görə mühakimə ediləcək

Bakı, 6 fevral, AZƏRTAC

Kataloniya muxtariyyətinin keçmiş rəhbəri Artur Mas fevralın 6-da Barselonada məhkəmə qarşısına çıxacaq.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, siyasətçi İspaniyanın Konstitusiya Məhkəməsinə tabe olmamaqda ittiham edilir. Belə ki, Mas 2014-cü ilin noyabrında məhkəmənin qadağasına məhəl qoymayaraq Kataloniyanın müstəqilliyi barədə simvolik referendum keçirib. O zaman seçicilərin üçdəbiri referendumda iştirak edib və onların 80 faizi muxtariyyətin İspaniyadan tamamilə ayrılmasına səs verib.

Artur Masdan başqa onun keçmiş administrasiyasının daha bir neçə funksioneri də müttəhimlər kürsüsündə əyləşəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.