DÜNYA


Kataloniyanın müstəqilliyinə dair referendum oktyabrın 1-də keçiriləcək

Bakı, 9 iyun, AZƏRTAC

İspaniya Kataloniyasının müstəqilliyi barədə referendum 2017-ci il oktyabrın 1-də keçiriləcək.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu muxtar vilayətin başçısı Karles Puçdemon bildirib. Onun sözlərinə görə, referenduma çıxarılacaq sual belə səslənəcək: “Kataloniyanın respublika idarəetmə forması ilə müstəqil dövlət olmasını istəyirsinizmi?”

Xatırladaq ki, Kataloniya Pireney yarımadasının şimal-şərqində yerləşən muxtar icmadır. Son illər regionda separatçı əhval-ruhiyyə xeyli güclənib. Ötən il oktyabrın 6-da vilayət parlamenti cari ilin sentyabr ayınadək İspaniyanın tərkibindən çıxmaq barədə plebisitin keçirilməsini təsdiqləyib. Bunun ardından krallığın konstitusiya məhkəməsi həmin sənədi qanunsuz sayıb.

İspaniya konstitusiyasında muxtar vilayətin mərkəzi hökumətlə razılaşdırılmamış referendum keçirməsi və birtərəfli şəkildə müstəqilliyini elan etməsi barədə maddə yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.