İDMAN


Katerina Jidkova: IV İslam Həmrəyliyi Oyunlarında şanslarımızı yüksək qiymətləndirirəm

Bakı, 20 aprel, AZƏRTAC

Sloveniyadakı toplanışımız çox gözəl keçir. Məşqlərin intensivliyi yavaş-yavaş artır, komandada ab-hava əladır.

AZƏRTAC xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Katerina Jidkova Sloveniyada keçirilən təlim-məşq toplanışı haqqında fikirlərini bildirərkən deyib.

Voleybolçu bildirib ki, hazırda məşqlərdə 30 voleybolçu iştirak edir, bu da çox müsbət haldır. Komandada rəqabət var, məşqçilərin seçim imkanı isə genişdir. Qarşıdakı IV İslam Həmrəyliyi Oyunlarında və dünya çempionatının seçmə mərhələsində şanslarımızı yüksək qiymətləndirirəm.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.