SİYASƏT
Katerina Yuşenko: “V Qlobal Forumda maraqlı müzakirələr aparılır”
Bakı, 17 mart, AZƏRTAC
Ukraynanın sabiq Prezidenti Viktor Yuşenkonun xanımı Katerina Yuşenko Bakıda Beynəlxalq Nizami Gəncəvi Mərkəzi tərəfindən təşkil edilmiş V Bakı Qlobal Forumu çərçivəsində AZƏRTAC-a verdiyi müsahibədə bu tədbirin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Forum dünyada baş verən proseslərin məşhur siyasətçilər və nüfuzlu ekspertlər tərəfindən səmərəli müzakirəsi üçün yaxşı imkan yaradır. Bu Forum beynəlxalq əməkdaşlığın genişlənməsi baxımından xüsusi rol oynayır. Qlobal Forum hər dəfə daha maraqlı, əlamətdar və əhəmiyyətli olur.
K.Yuşenko deyib: “Üçüncü dəfədir ki, Bakı Qlobal Forumunda iştirak etmək üçün bu şəhərə gəlirəm. Bakıda Beynəlxalq Nizami Gəncəvi Mərkəzi tərəfindən təşkil edilmiş “Beynəlxalq münasibətlərin gələcəyi: qüvvələr və maraqlar” mövzusunda V Bakı Qlobal Forumunda maraqlı müzakirələr aparılır. Forumun hər bir iştirakçısı Bakıya məmnuniyyətlə gəlir. Bakı şəhəri hər dəfə əvvəlkindən daha gözəl görünür”.