İQTİSADİYYAT


Kaxa Kaladze: “Azərbaycan enerji təhlükəsizliyimizdə mühüm rol oynayır”

Tbilisi, 25 may, AZƏRTAC

Azərbaycan bizim strateji tərəfdaşımızdır. Gürcüstanın enerji təhlükəsizliyini təmin olunmasında Azərbaycan mühüm rol oynayır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze söyləyib.

Nazir deyib ki, Gürcüstan təbii qaza olan tələbatını da Azərbaycanın hesabına ödəyir: “Biz bu gün Azərbaycan qazından asılıyıq. Azərbaycan strateji tərəfdaşımız kimi bizə çox köməklik edir. Eyni zamanda, Azərbaycan Gürcüstana böyük həcmdə investisiya yatıran ölkədir”.

Gürcüstanda yeraltı qaz anbarının tikintisinə toxunan nazir deyib ki, layihə işlərində bəzi problemlər yaşanıb. Ona görə də bu işlər bir qədər ləngiyib.

“Bütün prosedur işlər tezliklə başa çatacaq və gələn ilin əvvəllərində qaz anbarının tikintisinə başlayacağıq”, - deyə Kaladze vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.