İQTİSADİYYAT
“KazMunayQaz” Rusiyadan və Azərbaycandan yanacaq-sürtgü materiallarının göndərilməsi barədə razılaşma əldə edib
Bu barədə Qazaxıstan Respublikası energetika nazirinin müavini Maqzum Mirzaqaliyev məlumat verib. O deyib: “Biz son vaxtlar ölkədə YSM çatışmazlığı ilə qarşılaşmışıq. Bu problemi həll etmək üçün “KazMunayQaz” Rusiya və Azərbaycan ilə böyük həcmdə kontraktlar bağlayıb”.
Onun sözlərinə görə, “KazMunayQaz” Rusiya ilə 180 min ton, Azərbaycanla isə 10 min ton YSM göndərilməsi barədə kontraktlar bağlayıb.
Qazaxıstanın energetika nazirinin müavini deyib: “Biz YSM çatışmazlığı ilə əlaqədar vəziyyətin düzələcəyini gözləyirik və artıq vəziyyət yaxşılaşmaqdadır.” O qeyd edib ki, 2016-cı ildə neftayırma zavodunun modernləşdirilməsi başa çatdıqdan sonra daxili bazar yanacaq-sürtgü materialları ilə tam təmin ediləcəkdir və 2022-2023-cü ilədək Qazaxıstanda YSM qıtlığı olmayacaq.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana