MƏDƏNİYYƏT


Kazanda 12-ci Beynəlxalq Müsəlman Film Festivalı başlayıb

A+ A

Bakı, 6 sentyabr, AZƏRTAC

Rusiya Federasiyasının Tatarıstan Muxtar Respublikasının paytaxtı Kazanda 12-ci Beynəlxalq Müsəlman Film Festivalı başlayıb.

AZƏRTAC festivalın saytına istinadla xəbər verir ki, festivalın açılışında iranlı rejissor Məcid Məcidinin “Məhəmməd-Allahın Elçisi” filminin mətbuat üçün nümayişi olub.

Rusiya və dünya ictimaiyyətinin müsəlmanlar və İslam haqqında düzgün məlumatlandırılması və obyektiv fikir sahibi ola bilməsi məqsədilə həyata keçirilən festivalda bu il 33 ölkədən 60 film müsabiqəyə qoşulacaq.

Festivalın münsiflər heyətinin sədri rusiyalı rejissoru Aleksandr Proşkin, üzvləri isə Sıddıq Barmaq, Usman Sapparov, Yusup Razıkov və Valeriy Sevastyanovdur.

Festival sentyabrın 11-də sona çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.