İQTİSADİYYAT


Keçən il 1,5 milyondan çox Azərbaycan vətəndaşı Gürcüstana səfər edib

Tbilisi, 4 yanvar, AZƏRTAC

Ötən il 1 milyon 523 min 75 nəfər Azərbaycan vətəndaşı Gürcüstana səfər edib.

Gürcüstanın Milli Turizm Administrasiyasından AZƏRTAC-a bildiriblər ki, bu, 2015-ci illə müqayisədə 129 min 818 nəfər və yaxud 9,3 faiz çoxdur. Bu göstərici ilə Azərbaycan vətəndaşları Gürcüstana səfər edən xaricilər sırasında birinci yerdədir. İkinci yerdə Ermənistan, üçüncü yerdə Türkiyə, dördüncü yerdə isə Rusiya gəlir.

Administrasiyanın məlumatında qeyd olunur ki, 2014-cü ildə Azərbaycandan Gürcüstana gələn turistlərin sayı 1 milyon 283 min 214 nəfər, 2015-ci ildə isə 1 milyon 393 min 257 nəfər olub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.