İQTİSADİYYAT


Keçən il 195-2 Çağrı Mərkəzinə 17 mindən çox müraciət daxil olub

Bakı, 30 yanvar, AZƏRTAC

2016-cı il ərzində İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 17 min 400 müraciət edilib. Müraciətlərin 62 faizi Bakı şəhərinin, 38 faizi isə regionların payına düşür.

Bu barədə AZƏRTAC-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, ümumiyyətlə, indiyədək 195-2-yə 62 minə yaxın müraciət olunub. Müraciətlər əsasən sahibkarlığın inkişafı, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, lisenziyalar, investisiya təşviqi sənədi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi, “Made in Azerbaijan” brendinin təşviqi və nazirliyin səlahiyyətlərinə aid digər məsələlər barədə olub.

Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlərə nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılıb və müvafiq tədbirlər görülüb. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə qanunvericiliyə uyğun olaraq, cavablandırılması üçün aidiyyəti üzrə yönəldilib.

2016-cı ildə, həmçinin 195-2 Çağrı Mərkəzinin səsli menyu xidmətindən 2 minə yaxın vətəndaş istifadə edib. Yeddi istiqamət üzrə məlumat verən Çağrı Mərkəzinin səsli menyusundan istifadə edənlər daha çox lisenziyaların verilməsi barədə məlumat əldə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.