CƏMİYYƏT


Keçən il 327 nəfərdə kəskin leykoz müəyyən edilib VİDEO

Bakı, 11 yanvar, AZƏRTAC

Keçən il nikaha daxil olmaq istəyən 143 min 694 nəfər tibbi müayinədən keçib. Müayinələr nəticəsində 4 min 649 nəfərdə talassemiya daşıyıcılığı, 645 nəfərdə sifilis, 109 nəfərdə isə QİÇS təyin edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 42 olub.

AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 11-də B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda keçirilən tədbirdə Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov məlumat verib.

Onun sözlərinə görə, 2016-cı ildə instituta müraciət edən vətəndaşların sayı 12 min 628 nəfər olub. İlkin müraciət edənlərin sayı isə 4 min 519 nəfər təşkil edib. Bu da 2015-ci illə müqayisədə bir qədər yüksəkdir.

Hazırda müəssisədə 27 min 523 xəstənin dispanser qeydiyyatında olduğunu qeyd edən baş hematoloq bildirib ki, ümumilikdə ötən il 460 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkar olunub. Onlardan 327 nəfərdə kəskin leykoz müəyyən edilib. Bundan başqa, 2016-cı ildə 522 min 639 laborator müayinə aparılıb ki, bura hematoloji, sitoloji, biokimyəvi, immunoloji və molekulyar-genetik müayinələr daxildir.

Ötən il Nazirlər Kabineti tərəfindən “2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı”nın təsdiq edildiyini diqqətə çatdıran Ç.Əsədov bildirib ki, bu proqram qanın bədxassəli xəstəliklərinin diaqnostikasının və müalicəsinin müasir səviyyəyə çatdırılmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına yönəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.