REGİONLAR
Keçən il “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 1061 ədəd müxtəlif növ traktor verilib
Bakı, 8 fevral, AZƏRTAC
2015-ci ildə “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına ümumilikdə 59,2 milyon manat dəyərində 1061 ədəd müxtəlif növ traktor, 759 ədəd kotan, 439 ədəd səpici aqreqat, 173 ədəd traktor yedəkləri (qoşqular), 162 ədəd otbiçən, 116 ədəd taxılyığan kombayn, 22 ədəd ot dırmıqları, 19 ədəd bağarası frez və 646 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları verilib.
Dövlət Statistika Komitəsindən (DSK) AZƏRTAC-a bildirilib ki, aqrar sahədə keyfiyyətli məhsulun yetişdirilməsi və onun itkisiz yığılmasını təmin etmək üçün əsas vəzifələrdən biri istehsalçının zəruri kənd təsərrüfatı texnikası ilə təchizatının yaxşılaşdırılmasıdır.