İQTİSADİYYAT


Keçən il Azərbaycandakı magistral neft kəmərləri ilə 44,1 milyon ton neft nəql olunub

Bakı, 24 yanvar, AZƏRTAC

2016-cı ildə Azərbaycandakı magistral neft kəmərləri ilə 44 milyon 129 min ton neft nəql olunub. Nəqletmənin 76,9 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və qeyd edilən dövr ərzində bu kəmər vasitəsilə 33 milyon 929,9 min ton neft ötürülüb. İl ərzində BTC ilə 4,7 milyon ton tranzit neft də nəql edilib.

Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.