İQTİSADİYYAT
Keçən il Azərbaycandan Gürcüstana təbii qaz ixracı 9,2 faiz artıb
Bakı, 6 avqust, Nihad Budaqov, AZƏRTAC
Ötən il Azərbaycandan Gürcüstana təbii qaz ixracı 9,2 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın “Davamlı inkişaf haqqında” hesabatında məlumat verilir. 2015-ci ildə “SOCAR Georgia Gas” MMC tərəfindən Gürcüstana Azərbaycandan 1,51 milyon ton ekvivalentində ümumi dəyəri 314,3 milyon ABŞ dolları olan təbii qaz idxal edilib. Bu da əvvəlki dövrlərlə müqayisədə 9,2 faiz çoxdur.
Qeyd edək ki, Azərbaycan Gürcüstanın əsas təbii qaz tədarükçüsüdür və ölkənin bu qəbildən olan idxal məhsulunun 74 faizini təmin edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]