İQTİSADİYYAT


Keçən il “Azərikimya” üzrə 106,65 min ton etilen istehsal edilib

A+ A

Bakı, 6 avqust, Nihad Budaqov, AZƏRTAC

Ötən il SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi (İB) üzrə 106,65 min ton etilen, 56,29 min ton propilen, 24,79 min ton butilen–butadien fraksiyası, 73,35 min ton piroliz qətranı və 20,30 min ton ağır qətran istehsal olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın “Davamlı inkişaf haqqında” hesabatında məlumat verilir. Bildirilir ki, ötən il “Azərikimya” üzrə 0,60 min ton propan, 85,47 min ton yanacaq qazı, 103,49 min ton polietilen, 12,25 min ton saf izopropil spirt və 0,82 min ton saf diizopropil efiri də istehsal edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.