İQTİSADİYYAT
Keçən il Heydər Əliyev adına NEZ-də 14,5 min ton neftşlam emal edilərək zərərsizləşdirilib
Bakı, 6 fevral, AZƏRTAC
“Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) keçən il müəssisənin tullantıların emalı departamentinin (TED) 6-cı sahəsində (Heydər Əliyev adına neft emalı zavodunun 9-cu sahəsi ərazisi) 10 milyon 512 min kubmetr sənaye çirkab suları və texnoloji proseslər nəticəsində formalaşan 14 min 517 ton neftşlamı emal edərək zərərsizləşdirib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, il ərzində TED-in 4-cü sahəsində isə 4 milyon 391 min 916 kubmetr sənaye çirkab suları zərərsizləşdirilib və 7 min tondan çox neftşlam emal olunaraq təmizlənib. Həmçinin, müqavilə əsasında “Sifarişçi” təşkilatlardan qəbul edilmiş 103,76 tona qədər ərsin parafin, 5 min 208 ton şlam, 1 ton neftşlam, 21 min kubmetr yağlı su, 32 tona qədər yağlı torpaq, 2 min 563 kubmetr döşəməaltı-lyal axıntı suları, 24 min 903 kubmetr mədən axıntı suları və digər tullantılar mexaniki üsullarla emal olunaraq zərərsizləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]