DÜNYA


Keçən il biometrik smartfonların sayı iki dəfə artıb

Bakı, 13 yanvar, AZƏRTAC

“Acuity Market Intelligence” analitik şirkəti 2016-cı ildə biometrik texnologiya ilə təchiz edilən smartfon modellərinin sayının iki dəfədən çox artmasını açıqlayıb.

AZƏRTAC “Payspacemagazine” resursuna istinadən xəbər verir ki, mobil telefon istehsalı ilə məşğul olan şirkətlərin 87 faizi 346 biometrik smartfon modeli təqdim edib. Beləliklə, 2013-cü ildən onların sayı 549-dək artıb. Ötən il belə modellərin sayı 200 ədəd təşkil edib.

Hazırda dünyada istifadədə olan biometrik smartfonların sayı bir milyarda bərabərdir ki, bu da bütün qlobal mobil telefon bazarının 40 faizini təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.