CƏMİYYƏT
Keçən il oğurlanmış və qaçırılmış 227 nəqliyyat vasitəsi tapılıb
Bakı, 30 yanvar, AZƏRTAC
Ötən il ərzində Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) 280 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub ki, onlardan 227-si tapılıb.
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, idarənin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 20 şəxs və 57 avtomobil saxlanılıb, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 1104 fakt və 94 fakt saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib.
2016-ci ildə polisin digər xidmətləri ilə birgə 49 fakt üzrə 47 kiloqramdan çox (o cümlədən 4,5 kq-dan artıq heroin, 23,9 kq-dan artıq tiryək, 18,1 kq-dan artıq marixuana, 720 qr həşiş və 95 ədəd çətənə kolu) narkotik maddə aşkarlanıb.
İl ərzində baş idarəyə 280 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub ki, onlardan 227-si tapılıb.