DÜNYA


Keçən il təbii qazı ən çox Rusiya satıb, Almaniya isə alıb

A+ A

Bakı, 4 iyul, Nihad Budaqov, AZƏRTAC

2015-ci ildə dünyanın ən böyük təbii qaz ixracatçısı 193 milyard kubmetrlə Rusiya olub. Ötən il ən çox təbii qazı isə 104 milyard kubmetrlik həcmlə Almaniya idxal edib.

AZƏRTAC xəbər verir ki, bu barədə BP-nin dünya enerji statistikaları hesabatında deyilir. Keçən il dünyada təbii qaz ticarəti 2014-cü illə müqayisədə təxminən 4 faiz artımla 704 milyard 100 milyon kubmetr təşkil edib. Təbii qaz ticarətinin 27,4 faizini öz üzərinə götürən Rusiya ixracda da ilk sırada qərarlaşıb. Təxminən 14,7 faizlə dünyada ən çox təbii qaz idxal edən ölkə isə Almaniya olub.

Qlobal təbii qaz ixracında Rusiyadan sonra 109 milyard 500 milyon kubmetrlə Norveç və 74 milyard 300 milyon kubmetrlə Kanada qərarlaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.