İDMAN


Keçmiş “Formula-1” pilotu üçqat Paralimpiya çempionu olub VİDEO

A+ A

Bakı, 17 sentyabr, AZƏRTAC

Vaxtılə “Formula-1” pilotu olmuş Alessandro Zanardi İtaliya yığmasının heyətində Rio-de-Janeyroda keçirilən Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, 49 yaşlı keçmiş pilot velosiped yarışında birinci olub.

Əl ilə idarə olunan velosipedlə bütün rəqiblərini qabaqlayan Alessandro bununla da dördqat Paralimpiya çempionu adını qazana bilib. O, 2012-ci il London Yay Paralimpiya Oyunlarında iki qızıl və bir gümüş medala sahib olub.

Qeyd edək ki, keçmiş pilot 2001-ci il sentyabrın 15-də yarış zamanı ağır qəza keçirib. Nəticədə italiyalı idmançı ayağını itirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.