QAN YADDAŞI
Keçmiş döyüşçü Nazim Hüseynov: 25 ildir Xocalıdan uzaq düşmüşük
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı şəhərinin salınmasında iştirak etmişəm. Erməni qəsbkarları tərəfindən Xocalının işğalı nəticəsində 25 ildir oradan uzaq düşmüşük. Biz bir olub bütün dünyaya ermənilərin necə xislətli millət olduqlarını göstərməliyik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən Xocalı rayonunun Kərkicahan qəsəbəsindən məcburi köçkün, “Kobra” ləqəbi ilə tanınan keçmiş döyüşçü Nazim Hüseynov deyib.
O dəhşətli faciədən, döyüşlərdən danışan Nazim Hüseynov inamla bildirib ki, gec-tez Azərbaycan Silahlı Qüvvələri Ermənistanın işğalı altında olan torpaqlarımızı azad edəcək, məcburi köçkünlər, yurd həsrəti ilə yaşayan soydaşlarımız doğma el-obalarına qayıdacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.02.2024 [16:41]
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
- 28.02.2024 [17:00]
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
- 28.02.2024 [02:18]