SİYASƏT


Keçmiş prezidentlərin iştirakı ilə Qəbələdə beynəlxalq konfrans keçiriləcək

A+ A

Bakı, 6 sentyabr, AZƏRTAC

Dekabrın 9-10-da Qəbələdə “Artan zorakı ekstremizm və onun qarşının alınması yolları”na həsr olunan ikigünlük beynəlxalq konfrans keçiriləcək.

Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə baş tutacaq.

Komitədən AZƏRTAC-a bildiriblər ki, konfransda ekstremizmin yayılma səbəblərinin, beynəlxalq sülhə və təhlükəsizliyə müasir təhdidlərin, habelə dinc yanaşı yaşamağın təmin edilməsi üçün səyləri birləşdirməyin və tolerantlıq ideyalarına əməl etməyin zəruriliyi və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Konfransda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Madrid Klubunun prezidenti, Latviyanın sabiq dövlət başçısı Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin, Mərkəzin üzvləri – Polşanın sabiq Prezidenti Aleksandr Kvasnevski, Serbiyanın keçmiş Prezidenti Boris Tadiç, Kolumbiyanın keçmiş dövlət başçısı Andres Pastrana, Rumıniyanın keçmiş Prezidenti Emil Konstantinesku, Xorvatiyanın sabiq Prezidenti İqor Yosipoviç, Niderland Krallığının keçmiş Baş naziri Vim Kok, Bosniya və Herseqovinanın sabiq hökumət başçısı Zlatko Lagumciya, Gürcüstanın sabiq Baş nazirinin müavini Eka Tkeşelaşvili və digərləri daxil olmaqla 20-dən çox ölkənin keçmiş dövlət və hökumət başçısının, habelə nüfuzlu siyasətçilərin elm və mədəniyyət xadiminin iştirakı gözlənilir.

Qeyd edək ki, dekabrın 7-8-də isə Qəbələdə Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Madrid Klubunun növbəti illik toplantısı keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.