CƏMİYYƏT
Kəllə-beyin travmaları diqqət çatışmazlığı sindromunun yaranması riskini artırır
Bakı, 29 avqust, AZƏRTAC
Diqqət çatışmazlığı və hiperaktivlik sindromu (DÇHS) uşaq yaşlarından başlayan inkişafda nevrolojı-davranış pozğunluğudur (İNDP). Bu vəziyyət diqqəti çətinliklə cəmləmək, hiperaktivlik və pis idarə olunan impulsivlik kimi əlamətlərdə təzahür edir.
Uşaqlarda İNDP multifaktor xəstəlikdir. Buna həm irsi meyillilik, həm də ətraf mühit amillərinin, məsələn ağır kəllə-beyin travmasının (KBT) təsiri səbəb ola bilər. Alimlər tədqiqat zamanı aşkar ediblər ki, KBT bu pozuntunun əmələ gəlməsi riskini xeyli artırıb. AZƏRTAC “Zee News”a istinadla xəbər verir ki, kəllə-beyin travmaları alanlarda İNDP əlamətləri eksperimentin digər iştirakçılarından 2 dəfə çox olub.
Ekspertlərin fikrincə, KBT psixonevrolojı dəyişikliklərə gətirib çıxarır. Bu da İNDP-nin inkişaf riskini artırır.