MƏDƏNİYYƏT


“Keloğlan masalları” ilk dəfə olaraq Bakıda

A+ A

Bakı, 5 avqust, Ceyhun Alışlı, AZƏRTAC

Oktyabrın 15-də Heydər Əliyev Sarayında Ankara teatrının təqdimatında Bakıda ilk dəfə “Keloğlan masalları” adlı müzikl tamaşa təqdim olunacaq.

AZƏRTAC “Keloğlan masalları”nın “facebook”dakı səhifəsinə istinadla bildirir ki, interaktiv müzikl janrında olan səhnə əsərində mahnılar, rəqslər, qəhrəmanlar, həyəcan verici mövzular yer alıb.

Yalnız bir gün və iki seans olacaq müzikl tamaşa uşaqlarla yanaşı, böyüklərə də möhtəşəm əyləncə vəd edir. Tamaşanı izləmək istəyənlər biletləri şəhərin kassalarından və “ASAN” xidmət mərkəzlərindən əldə edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.