İDMAN


Kempoçular Respublika Gününə həsr olunmuş turnirdə güclərini sınayıblar

Bakı, 25 may, AZƏRTAC

28 May – Respublika Günü münasibətilə kempo döyüş növləri üzrə turnir keçirilib.

AZƏRTAC xəbər verir ki, Abşeron Rayon Gənclər və İdman İdarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Şurasının razılığı, “Toğrul” Şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında kempo full və kempo submişn gi üzrə turnirdə 16 klubdan 190-na yaxın idmançı gücünü sınayıb.

Qalib idmançılar diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.