REGİONLAR


Kənd Təsərrüfatı Nazirliyi qrant yardımı çərçivəsində Yaponiya istehsalı olan yeni avadanlıqlar alıb

Bakı, 25 may, AZƏRTAC

Azərbaycan Respublikasının hökuməti və Yaponiya hökuməti arasında imzalanmış “Yaponiyanın orta və kiçik həcmli müəssisələrinin məhsullarının təminatı üçün qeyri-layihə üzrə Qrant Yardımı”na dair razılığın təsdiq edilməsi barədə Notaya əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan bir sıra institut və laboratoriyalar üçün Yaponiya istehsalı olan yeni avadanlıqlar alınıb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Baytarlıq, Əkinçilik, Bitki Mühafizəsi və Texniki Bitkilər, Heyvandarlıq Elmi-Tədqiqat institutları, həmçinin Respublika Baytarlıq və Zona Baytarlıq Laboratoriyaları üçün 23 adda 141 cihaz, alət və avadanlıq əldə edilib. Yaponiya Beynəlxalq Əməkdaşlıq Sistemi avadanlıqların satın alındığı “Ogawa Seiki Co., LTD” şirkətini tender əsasında seçib.

Mayın 24-dən etibarən şirkətin nümayəndələri ölkəmizdə səfərdə olacaq və avadanlıqları quraşdıraraq, onların istifadəsi üzrə təlimlər keçəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.