REGİONLAR


Kənd Təsərrüfatı Nazirliyinin Zərdab rayon idarəsinin inzibati binası istifadəyə verilib

A+ A

Zərdab, 21 oktyabr, Adil Ağayev, AZƏRTAC

Oktyabrın 21-də Kənd Təsərrüfatı Nazirliyinin Zərdab rayon idarəsi üçün inşa edilən inzibati binanın açılışı olub.

AZƏRTAC xəbər verir ki, binanın açılışında kənd təsərrüfatı naziri Heydər Əsədov, rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev, habelə əlaqədar qurumların rəhbərləri iştirak ediblər.

Məlumat verilib ki, üçmərtəbəli bina “Aqrartikinti” MMC-nin Ağcabədi filialı tərəfindən inşa edilib. Binada baytarlıq şöbəsi, bitki mühafizə mərkəzi, dövlət texniki nəzarət müfəttişliyi, toxum müfəttişliyi, regional aqrokimya nümayəndəliyi fəaliyyət göstərəcək. Burada yüksək iş şəraiti yaradılıb.

Nazir Heydər Əsədov otaqlarda yaradılan şəraitlə tanış olub, müvafiq tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.