REGİONLAR


Kənd ağsaqqalı: Ölkəmizin xoşbəxt gələcəyinə səs verdim

A+ A

Ağsu, 26 sentyabr, AZƏRTAC

Bu gün səhərdən 87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin 11 saylı Daşdəmirbəyli seçki məntəqəsində böyük qələbəlik var. Səsvermə hüququ olan kənd sakinləri tam orta məktəbdə təşkil olunan məntəqəyə gəlir, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklərə öz münasibətlərini bildirirlər. Konstitusion hüququndan istifadə edən kənd sakini, ağsaqqal Ağaveyis Abdullayev AZƏRTAC-ın müxbirinə deyib: “80 yaşım var. Doğrusu, keçmişdə, yəni sovet hökuməti dövründə səsverməyə o qədər də marağımız yox idi. Əslində bunu bizdən heç istəmirdilər də. Amma Azərbaycanımız müstəqil olandan bəri mən, eləcə də bütün yaşlı sakinlər səsvermədə fəal iştirak edirik. Axı, istər yaşlı olsun, istərsə də gənc, hər kəs vətən, dövlət qarşısında məsuliyyət daşıyır. Konstitusiyamızda dəyişikliklərlə əlaqədar qabaqcadan paylanan müqayisəli təqdimatı oğlum mənə oxuyub. Bir az əvvəl mən də ölkəmizin xoşbəxt gələcəyinə səs verdim”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.