DÜNYA


“Kənd ofisi” insanlar arasında ünsiyyət yaradacaq

A+ A

Bakı, 3 oktyabr, AZƏRTAC

Yaponiyanın “Muji” və “Atelier Bow-Wow” memarlıq studiyalarının layihəsi ilə ölkə sakinləri üçün zəruri olan “kənd ofisi”nin tikintisi həyata keçirilib.

AZƏRTAC “Arxinovosti” saytına istinadla bildirir ki, bu cür ofislərin yaradılmasında məqsəd insanlar arasında ünsiyyəti artırmaq, onları bir-birinə yaxınlaşdırmaqdır.

İkimərtəbəli ofisin damı ənənəvi olaraq A formasındadır. Layihə müəlliflərinin fikrincə, belə ofislər kənd təsərrüfatı şəraitinə daha uyğundur. Onları hətta düyü tarlasının ortasında da quraşdırmaq olar.

Binanın yuxarı mərtəbəsindən ətrafa gözəl mənzərə açılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.