Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

“Kənd təsərrüfatı ili”–2015
Respublika tarixində taxılçılıqda rekord orta məhsuldarlıq göstəricisinə nail olunub

“Kənd təsərrüfatı ili”–2015Respublika tarixində taxılçılıqda rekord orta məhsuldarlıq göstəricisinə nail olunub

Bakı, 5 avqust, Ceyhun Rüstəmov, AZƏRTAC

Ərzaq təhlükəsizliyinin ən mühüm və strateji komponentlərindən biri taxılçılıqdır. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda aqrar bölmənin aparıcı sahəsi sayılan bitkiçiliyin və onun tərkib hissəsi olan taxılçılığın daha da inkişaf etdirilməsi vacib məsələ kimi qarşıya qoyulub. “Kənd təsərrüfatı ili” çərçivəsində bu sahəyə diqqət daha da artırılıb. AZƏRTAC bu sahədə görülən işlər, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələrlə bağlı Kənd Təsərrüfatı Nazirliyi aparatının Bitkiçilik şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru İmran Cümşüdovun məqaləsini təqdim edir. 

Fermer və sahibkarlara dövlət dəstəyi

Regionların iqtisadiyyatının əsasını təşkil edən, vacib sosial-iqtisadi əhəmiyyətə malik aqrar bölmənin inkişafı həmişə dövlətin diqqət mərkəzində olub. Xüsusən son zamanlar bu diqqət və qayğı daha çox hiss edilməkdədir. Belə ki, kənd təsərrüfatı sektorunda həyata keçirilən islahatlar 2014-cü ildən başlayaraq daha geniş vüsət alıb, bu sahənin inkişafına dövlət dəstəyinin gücləndirilməsi məqsədilə mühüm qərarlar qəbul olunub. Dövlətimizin başçısının müvafiq sərəncamları ilə əkin sahəsinin becərilməsində istifadə edilən yanacağa və motor yağlarına görə büdcə vəsaiti hesabına ayrılan yardımın həcmi 40 manatdan 50 manata (25 faiz) qaldırılıb, “Aqrolizinq” ASC tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikalarının və mütərəqqi suvarma sistemləri və avadanlıqlarının ilkin dəyərinə 40 faiz həcmində güzəşt tətbiq edilib. Eyni zamanda, mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin həcmi 50 faizdən 70 faizə və ya güzəşt edilən yardımın yuxarı həddi 50 manatdan 80 manatadək artırılıb, əkin sahəsinin becərilməsinə və mineral gübrələrə edilən güzəştlər təkrar əkinlərə də şamil olunub. Həmçinin Kənd Təsərrüfatı Nazirliyi sisteminə daxil olan elimi-tədqiqat institutlarının yenidən qurulması və müasir laboratoriya avadanlığı ilə təchiz olunması, eləcə də Dövlət Toxum Fondunun yaradılması üçün Prezidentin Ehtiyat Fondundan vəsait ayrılıb. 

Bununla yanaşı, əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün su anbarları və kanallar inşa edilir, dövlət fondu torpaqlarında iri təsərrüfatların yaradılması üçün ayrılmış sahələrin infrastruktur, texniki və meliorasiya məsələləri dövlət tərəfindən dəstəklənir. Ən yüksək səviyyədə görülən tədbirlər ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi və möhkəmləndirilməsi, kənd təsərrüfatının davamlı inkişafına nail olunması məqsədini daşıyır. Aparılan islahatlar, həyata keçirilən və nəzərdə tutulan tədbirlər, ümumilikdə, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən dövlət orqanlarının, özəl sektorun və fermerlərin üzərinə də böyük məsuliyyət və həlli vacib olan məsələlər qoyur.

Kənd təsərrüfatı istehsalçılarına göstərilən çoxşaxəli texniki və maliyyə dəstəyinin səmərəliliyinin artırılması, istehsalın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, mütərəqqi metodların və yeni əkinçilik üsullarının tətbiqi, ümumilikdə, ölkədə həyata keçirilən aqrar siyasətlə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir. 

Fermer və sahibkarlar şumun optimal müddətdə qaldırılması və vaxtında səpin aparılması üçün təlimatlandırılıblar

Cari ilin məhsulu üçün taxıl istehsalı məqsədilə tədbirlərin görülməsi davam etdirilmişdir. Respublika üzrə təmiz herik şumu da daxil olmaqla, payızlıq əkinlər üçün 1016991 hektar sahədə şum qaldırılıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 71249 hektar və ya 6,5 faiz azdır. 892253 hektarda dən və yaşıl yem üçün (ötən ildəkindən 103271 hektar və ya 10,4 faiz az), o cümlədən 875686 hektarda (ötən ildəkindən 103426 hektar və ya 10,6 faiz az) dən üçün payızlıq bitkilər səpilib. Bunun 537231 hektarını buğda (109112 hektar və ya 16,9 faiz az), 338444 hektarını arpa (5735 hektar və ya 1,7 faiz çox) təşkil edib. Bundan əlavə, 26362 hektarda yazlıq dənli və dənli paxlalılar (qarğıdalısız), 36433 hektarda dən üçün qarğıdalı əkilib.

Ötən təsərrüfat ilində baş vermiş uzunmüddətli quraqlıqla əlaqədar torpağın əkin qatının hədsiz dərəcədə bərkiməsi səbəbindən 2014-cü ilin payızında 2015-ci ilin məhsulu üçün optimal müddətdə şumun qaldırılmasında və səpin aparılmasında gecikmələr müşahidə olunub. Şum və səpin aparılması nazirlik tərəfindən ciddi nəzarətə götürülüb, bəzi rayonlarda qərargahlar yaradılıb, ərazi kənd təsərrüfatı idarələrindən şum və səpinin gedişatı barədə gündəlik operativ məlumatlar toplanılıb və müvafiq təhlillər aparılıb. Bundan əlavə, sözügedən işlərin sürətləndirilməsi məqsədilə 2014-cü ilin oktyabr-noyabr aylarında Qobustan, Şamaxı, Qəbələ, Şəki, Samux, Göygöl, Tovuz, Goranboy və digər rayonlarda aidiyyəti qurumların, fermer və sahibkarların iştirakları ilə tədbirlər keçirilib. 

Fermerlərə yüksək reproduksiyalı toxum verilməsi təmin olunub

Payız tarla işlərində “Aqrolizinq” ASC və özəl qurumlarda mövcud olan texnikalardan istifadə edilib, texniki təminatla bağlı heç bir problem yaşanmayıb. Lakin bəzi bölgələrdə, xüsusən də dəmyə taxılçılıq rayonlarında ötən mövsüm məhsuldarlığın kəskin azalması və ya əkinlərin tamamilə məhv olması nəticəsində maddi zərər çəkmiş fermerlərin toxum təminatında ciddi problemlər yaranıb. Rayonlardan toxum təminatı ilə bağlı çətinliklər barədə daxil olmuş çoxsaylı müraciətlərlə əlaqədar dövlətimizin başçısının göstərişinə əsasən, nazirlik tərəfindən görülmüş tədbirlər nəticəsində Qobustan, Şamaxı, Qəbələ və Şəki rayonlarının taxılçılarına dövlət vəsaiti hesabına 2850.0 min manat dəyərində 6654,2 ton yüksək reproduksiyalı toxum verilməsi təmin olunub. 

Səpin müddətində intensiv yağıntılar nəticəsində torpaqda nəmlik kifayət qədər olub. Suvarma şəraitində becərilən sahələrin 152 min hektarı payızda suvarılıb.

Taxılın məhsuldarlığını və keyfiyyətini yüksəltmək məqsədi ilə mineral gübrələrdən istifadə edilməsinə də diqqət artırılıb. Satıcı təşkilatlar tərəfindən 2015-ci ilin məhsulu üçün payızlıq şum altına, səpinlə birlikdə verilməsi məqsədilə 14066 nəfər istehsalçıya 120325 hektara görə güzəştlə 18081,9 ton mineral gübrələr satılıb. Bu da dən üçün payızlıq taxıl əkinlərinin 13,7 faizini təşkil edib. Bununla yanaşı, aqronomik baxımdan gübrələrdən istifadə tələb olunan səviyyədən xeyli aşağıdır.

Cari ilin altı ayında “Aqrolizinq” ASC və digər təşkilatlar tərəfindən torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə 45736 ton müxtəlif tərkibli mineral gübrələr satılıb, tətbiq edilən gübrələrin növlərinin seçilməsində, normaların müəyyənləşdirilməsində və vaxtında sahəyə verilməsində istehsalçılara lazımi tövsiyələr verilib. 

Ötən mövsümlə müqayisədə taxıl, o cümlədən buğda üzrə yüksək məhsuldarlıq qeydə alınıb

Biçilməsi nəzərdə tutulan 915212 hektar payızlıq və yazlıq dənli və dənli paxlalıların (qarğıdalısız) məhsulunun vaxtında, mütəşəkkil və itkisiz yığılmasının yüksək səviyyədə təşkili üçün respublika üzrə saz vəziyyətdə olan 2241 kombayn biçinə cəlb edilib və biçin kampaniyasının uğurla başa çatdırılması təmin olunub. Dövlət Statistika Komitəsinin 2015-ci il avqustun 3-nə olan məlumatına görə, sahələrin 908094 (99,2 faiz) hektarı biçilib, hər hektardan 30,5 sentner olmaqla, 2766006 ton taxıl götürülüb. O cümlədən 539715 hektar buğda sahəsinin 536809 hektarı (99,5 faiz) biçilərək, hektardan 31,3 sentner olmaqla, 1679297 ton məhsul yığılıb. Qeyd edilən tarixə taxıl üzrə məhsuldarlıq ötən mövsümə nisbətən 33,8 faiz, o cümlədən buğda üzrə 30,4 faiz yüksəkdir. Bərdə (39,9 sentner), Saatlı (39,9), Ağcabədi (37,4), Sabirabad (37,1), İsmayıllı (36,6), Tərtər (35,8), Şəmkir (35), Ağsu (34,7), Hacıqabul (34,2), Füzuli (33,9), Xaçmaz (33) rayonlarının istehsalçıları xüsusilə fərqləniblər. Ümumilikdə, ölkə üzrə 24 rayonda əldə olunan məhsuldarlıq respublika üzrə orta göstəricidən yüksək, 16 rayonda isə 25 sentnerdən aşağı olub. 

Aqrar siyasətin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bölgələrdə geniş təbliği, dövlətin kənd təsərrüfatı məhsulları istehsalçılarına çoxşaxəli dəstəyi və əlverişli təbii iqlim şəraiti nəticəsində cari mövsüm respublika tarixində ilk olaraq taxılçılıqda rekord orta məhsuldarlıq göstəricisinə nail olunub. Müqayisə üçün deyim ki, indiyə qədər ən yüksək məhsuldarlıq 2008-ci ildə (27,9 sentner) qeydə alınıb.

Sonda qeyd etmək istərdim ki, əldə edilən nailiyyətin növbəti illərdə saxlanılaraq daha da yüksəldilməsi, taxılçılığın davamlı və dayanıqlı inkişafı aqrar istehsalçıların qarşısında duran əsas vəzifələrdəndir. Beləliklə, əminliklə söyləmək olar ki, sahələrdə bütün texnoloji prosesləri vaxtında və aqrotexniki qaydalara uyğun aparmaqla artım dinamikasının davam etdirilməsi, dövlət dəstəyinin səmərəliliyinin artırılması və keyfiyyətli taxıl məhsullarına olan tələbatın daxili istehsal hesabına ödənilməsi yaxın gələcəkdə mümkün olacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb