CƏMİYYƏT


Kənd təsərrüfatı iqlim dəyişikliyinə uyğunlaşmalıdır

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Dünya əhalisinin sayı durmadan artır və 2050-ci ilədək əhalinin sayının 9,6 milyarda çatacağı gözlənilir. Ərzaq sənayesində tələbatı ödəmək getdikcə çətinləşir. İqlim dəyişikliklərinin nəticələri ərzaq sabitliyinə xüsusilə ciddi problem yaradır. Axı dünyanın ən yoxsul əhalisi, eləcə də fermerlər, balıqçılar və maldarlar yüksək temperatur və tez-tez baş verən təbii qəzalardan hamıdan çox əziyyət çəkir.

AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bu məlumatı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Dünya Ərzaq Günü münasibətilə xatırladıb. Ekspertlərin fikrincə, təsərrüfat praktikasını elə dəyişmək lazımdır ki, eyni əkin sahəsindən daha çox məhsul götürülsün və təbii ehtiyatlardan rasional istifadə etmək mümkün olsun.

Ərzaq sistemləri iqlim dəyişikliklərinin əlverişsiz nəticələrinə uyğunlaşmalı və xarici təsirlərə müqavimət qabiliyyətini artırmalıdır. Həmçinin ərzaq itkilərini bütün mərhələlərdə azaltmaq zəruridir. Bu gün istehsal edilən ərzağın üçdəbiri zibilliyə atılır.

FAO ölkələri iqlim üzrə öz fəaliyyət planlarında ərzaq və kənd təsərrüfatına diqqət yetirməyə və kənd təsərrüfatı rayonlarının inkişafına daha çox sərmayə qoymağa çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.