REGİONLAR


Kənd təsərrüfatı məhsulları istehsalçılarına 22,5 milyon manat dəyərində maşın və avadanlıq verilib

A+ A

Bakı, 21 avqust, AZƏRTAC

Kənd təsərrüfatı məhsulları istehsalçılarının zəruri kənd təsərrüfatı texnikası ilə təchizatı yüksək rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalında mühüm rol oynadığından bu məsələ dövlətin daim diqqət mərkəzindədir.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2016-cı ilin birinci yarısında “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 22,5 milyon manat dəyərində 296 ədəd müxtəlif növ traktor, 121 ədəd taxılyığan kombayn, 106 ədəd kotan, 35 ədəd gübrəsəpən maşın, 31 ədəd ot dırmığı, 30 ədəd çiləyici və tozlayıcı, 19 ədəd bağarası frez, 15 ədəd kultivator, 13 ədəd səpici aqreqat, 13 ədəd ot və küləş presləyən, 12 ədəd mala, 8 ədəd otbiçən, 6 ədəd taxıl toxumu təmizləyən və 30 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları satılıb və ya verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.