İQTİSADİYYAT
Kənd təsərrüfatı məhsulları istehsalçılarına 832 müxtəlif növ traktor verilib
Bakı, 17 avqust, AZƏRTAC
Bu ilin birinci yarısında “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 132,8 milyon manat dəyərində 832 ədəd müxtəlif növ traktor verilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bundan başqa, ASC tərəfindən həmin müddət ərzində 717 ədəd kultivator, 579 ədəd traktor yedəkləri (qoşqular), 559 ədəd səpici aqreqat, 275 ədəd çiləyici və tozlayıcı, 261 ədəd kotan, 211 ədəd mala, 66 ədəd otbiçən, 29 ədəd pambıqyığan maşın, 22 ədəd ot və küləş presləyən, 19 ədəd bağarası frez, 16 ədəd ot dırmığı, 16 ədəd taxıl toxumu təmizləyən, 15 ədəd gübrəsəpən maşın, 2 ədəd taxılyığan kombayn və 436 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları satılıb və ya verilib.