İQTİSADİYYAT
Kənd təsərrüfatı məhsullarının Rusiya ərazisində daşınmasında yaranmış problem müzakirə edilib
Bakı, 25 noyabr, AZƏRTAC
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ilə Dağıstan hökumətinin sədri Abdusamad Həmidov arasında kənd təsərrüfatı məhsullarının Rusiya ərazisində daşınmasında yaranmış problemlə bağlı telefon danışığı olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev AZƏRTAC-a bildirib ki, tərəflər noyabrın 14-dən etibarən kənd təsərrüfatı məhsullarının Rusiya ərazisində daşınmasında yaranmış problemi müzakirə ediblər.
"Dağıstan tərəfi problemin qısa zamanda həllini tapacağını bildirib. Eyni zamanda, iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 26-da Dağıstana səfər edəcək. Səfər çərçivəsində bu kimi problemlərlə bir daha üzləşməməyin yolları müzakirə olunacaq", - deyə A. Əliyev qeyd edib.