İQTİSADİYYAT
Kənd təsərrüfatı məhsullarının topdansatış və pərakəndə satış bazarları açılacaq
Bakı, 8 noyabr, AZƏRTAC
"Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC kənd təsərrüfatı məhsullarının topdansatış və pərakəndə satış bazarları açacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri ASC-nin nümayəndəsi Xaliq Məmmədov jurnalistlərə müsahibəsində bildirib.
O deyib ki, iri şəhərlərdə mövsümi xarakterli meyvə və tərəvəzlərin daha ucuz qiymətə əhaliyə çatdırılması ilə bağlı korporativ ticarət şəbəkəsinin qurulması planlaşdırılır.
X.Məmmədov, həmçinin vurğulayıb ki, Kənd Təsərrüfatı Nazirliyinin təcrübəsindən yararlanaraq daha çox yarmarkaların təşkil edilməsi və əhalinin ərzağa olan tələbatının təmin olunması üçün ciddi fəaliyyət planları var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:13]
® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
- 24.04.2024 [18:57]
Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur
- 24.04.2024 [18:31]