İQTİSADİYYAT


Kənd təsərrüfatı məhsulu istehsalında 2,6 faiz artım olub

A+ A

Bakı, 16 avqust, AZƏRTAC 

Bu ilin yanvar-iyul aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3 milyard 290,4 milyon manat təşkil edib ki, onun da 1 milyard 677,7 milyon manatı heyvandarlıq, 1 milyard 612,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalı 2,6 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 2,5 faiz, heyvandarlıq məhsulları üzrə 2,8 faiz artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.