REGİONLAR


Kənd təsərrüfatı naziri Bərdə rayonunda vətəndaşları qəbul edəcək

Bakı, 19 yanvar, AZƏRTAC

Kənd təsərrüfatı naziri Heydər Əsədov yanvarın 27-də Bərdə rayonu Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarının sakinlərini qəbul edəcək.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, qəbulda iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Bərdə rayon Kənd Təsərrüfatı İdarəsinə (050-317-93-60) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.