REGİONLAR
Kənd təsərrüfatı naziri: Gübrənin qiymətinin artırılması üçün heç bir əsas yoxdur
Qax, 27 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Gübrələrin qiymətinin süni artırılmasına yol verilməməlidir. Bu gübrələr 6-7 ay bundan əvvəl alınıb və hazırda anbarlardadır. Ona görə də gübrənin qiymətinin artırılması üçün heç bir əsas yoxdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Heydər Əsədov Qax şəhərində jurnalistlərə müsahibəsində deyib.
Nazir qeyd edib ki, bir müddət əvvəl gübrə tədarükü və satışı ilə məşğul olan sahibkarlarla toplantı keçirilib. “Onlara xəbərdarlıq olunub ki, süni qiymət artımına yol versələr, ciddi şəkildə cəzalandırılacaqlar. Sahibkarlar qiymət artımının olmayacağını bildiriblər. Daxil olan məlumatlara görə, hələlik bu sahədə iş normal qaydada davam edir”, - deyə H.Əsədov diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]