REGİONLAR


Kənd təsərrüfatı naziri Hacıqabulda vətəndaşlarla görüşəcək

Bakı, 17 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov fevralın 24-də Hacıqabul rayonu Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Biləsuvar, Salyan, Hacıqabul və Neftçala rayonlarının sakinləri ilə görüşəcək.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Hacıqabul rayon Kənd Təsərrüfatı İdarəsinə (050-305-18-18) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.