REGİONLAR


Kənd təsərrüfatı naziri Şamaxıda vətəndaşları qəbul edəcək

Bakı, 10 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov iyulun 14-də Şamaxı Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayonlarının sakinləri ilə görüşəcək.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iştirak etmək istəyənlər nazirliyə (012-493-51-64; 050-352-06-27) və Şamaxı Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-623-86-37) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.